Suriyanın paytaxtı Dəməşqin mərkəzində yerləşən polis idarəsinin qarşısında avtomobil partladılıb.
İcmal.Az-ın xəbərinə görə, bu barədə "Qafqazinfo” TRT-yə istinadən məlumat verir.
Məlumata əsasən, terror hadisəsi nəticəsində 15 nəfər həyatını itirib.
Daha sonra iki kamıkadze binanın yaxınlığında özlərini partladıblar.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
İcmal.Az

























