“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq

OXUNUB: 315 Özəl SOSİAL
"Dəniz Mall” ticarət mərkəzinin dəstəyi və "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin  təşkilatçılığı, həmçinin Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə  Ümümmilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sağlam olaq, Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq. 
Aksiya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən qanvermə aksiyası  23.09.2023 tarixində, saat 10:00-dan 16:00-dək  "DƏNİZ MALL” ticarət mərkəzində həyata keçiriləcəkdir. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

RƏYLƏR