Bakıda bir nəfər dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:20-də başa çatıb.