Deputat: "32 ildir işləyən rektorlar var"

OXUNUB: 453 HADİSƏ
"Təhsil haqqında" qanunda universitet rektorlarının 5 il müddətinə təyin olunduğu qeyd edilir. Rektorların əksəriyyəti isə 10 il müdəti ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

O bildirib ki, 20, 32 ildən çox işləyən rektorlar var:

"Azərbaycanda 20 ildən çox, hətta 32 ildir işləyən rektorlar var, onlar artıq durğunluq yaradırlar. "Təhsil haqqında" qanunun indki situasiyada tətbiqi çox vacibdir. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet məşhur reytinqlərdə yer almayıb".

RƏYLƏR