Deputat 500-dən yuxarı bal toplamış tələbələrlə görüşdü - UCARDA

OXUNUB: 425 Özəl SOSİAL
Millət vəkili Ramil Həsənin təşəbbüsü, Ucar Gənclər Evinin təşkilatçılığı ilə Ucar Gənclər Evi SXM-nin inzibati binasında ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə göstərmiş məzunlarla təntənəli görüş baş tutub. Görüşün keçirilməsində məqsəd ali məktəbə qəbul olmuş tələbələri əldə etdikləri yüksək nailiyyətlərə görə qiymətləndirmək və onları stimullaşdırmaqdır.

Tədbirdə Milli Məclisin deputatı Ramil Həsən, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, valideynlər və tələbələr iştirak edib.

İlk öncə Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov qonaqları salamladı, çıxış edərək "Tələbə adını qazanmış məzunlar hər birinizi təbrik edirəm, uğurlarınız bol olsun. Siz qalib ölkənin, qalib məzunlarısız. Bundan sonra da, Sizin həyatiniz biraz çətinləşir və daha çox məsuliyyət hiss edəcəksiniz. Uğurlarınız bol olsun unutmayın ki, Sizin uğurlarınız bizim uğurlarımızdır. Təbrik edirəm bir daha tələbə adınız mübarək olsun" fikirlərini bildirdi.

Daha sonra ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva yüksək nəticələr əldə edən gənclərimizi təbrik edib, onlara təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində bol-bol uğurlar arzulayıb.

Tədbirin sonunda Milli Məclisin deputatı Ramil Həsən geniş və əhatəli çıxış edib. Millət vəkili uğur qazanan gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələr qazanmasını şərtləndirir. O gənclərə bundan sonra da diqqət və qayğını əsirgəməyəcəyini hərtərəfli dəstəyi göstərəcəyini bildirərək tutduqları yolda dövlətimizin milli maraqları, ölkə rəhbərimizin həyata keçirmiş olduğu siyasət istiqamətində sadaqətli və uğurlu yol diləyib, hər zaman yanlarında olacağını bildirib. Tələbəlik illərində ixtisaslarını gözəl öyrənmələri ilə yanaşı gənclər siyasətinin fəal iştirakçıları olmağı tövsiyə edib və tələbələrə harda olduqlarından asılı olmayaraq Azərbaycanın daha güclü və qüvvətli olmağı üçün öz birlik və bərabərliklərini əksik etməməyi bildirib.

Tədbirdə iştirak edən digər qonaqlar və valideynlər  tələbələrə gələcək təhsil həyatında uğurlar arzulayaraq xoş diləklərini çatdırıblar, o cümlədən tələbələr də çıxış edərək sevinc hisslərini və növbəti hədəflərini tədbir iştirakçıları ilə bölüşüblər. 

Sonda tələbələr diplom və hədiyyələrlə təltif olunub, xatirə şəkilləri çəkilib.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR