Deputat Çiyni kəndində seçicilərlə görüşüb

OXUNUB: 281 Özəl SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 30 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar rayon Çiyni kəndində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

Daha sonra Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Çiyni kənd tam orta məktəbinin həyətində  Çiyni, Qaradağlı və Məlikballı kəndlərindən olan seçiciləri ilə görüşüb. 

Vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, kəndlərdə gənc ailələrin evlərinin elektrik enerjisi ilə təmin olması, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, yol infrastrukturu, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi Millət Vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR