Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyev də Dubaya köçüb. O, Dubayda, Palm Jumeirah adasının yaxınlığında inşa edilmiş DUBAI MARINA (Marsa Dubai kimi də məşhurdur) elit yaşayış kompleksində hər biri 80.49 qm yaşayış sahəsi olan iki mənziı alıb. Bunlar əmlak nömrələri (P-Number) 156986391 və 156989399 olan 1101 və 1401 nömrəli lüks mənzillərdir.
Paytaxt org bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalistin iddiasına görə, Marina kompleksdə bu cür mənzillərin real dəyəri 1.3 mln – 2.1 mln AED (320,000 – 520,000 dollar) civarındadır. Bu İsfəndiyar Mehbalıyevin Dubaydakı əmıakının hamısı deyil. Onun adı Madinat Jumeirah Living (MJL) yaşayış kompleksində mülkiyyətə sahib olan şəxslərin də siyahısındadır. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti 3 milyon ilə 4.5 milyon AED (təxm. 815,000 - 1.2 milyon dollar), 3 otaqlı mənzillərin qiymətləri 4.5 milyon AED-dən başlayaraq 7 milyon AED-ə (2 milyon dollara) qədər dəyişir.
Xatırladaq ki, İsfəndiyar Mehbalıyev vaxtilə Qaradağ rayon polis şöbəsinin rəisi olub, 3 iı əvvəl Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini vəzifəsinə təyin edilib. O, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni idi, iddialara görə ötən il boşanıb. Əli Həsənovun qızı Safiyə Mehbalıyeva da hazırda Dubayda yaşayır qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur.
7NEWS.az




















