Deputat Ramil Həsəndən açıqlama: "Bu qarayaxmanı edənlər layiqli cəzalarını alacaqlar"

OXUNUB: 480 Özəl GÜNDƏM HADİSƏ
Xəbər verdiyimiz kimi, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleyman Milli Məclisin deputatı Ramil Həsənin onun qızını qaçırtması ilə bağlı iddiayla çıxış edib. O, deputatın ünvanına olduqca ağır ittihamlar səsləndirərək əlində övladını görməsi ilə bağlı məhkəmə qərarları olmasına baxmayaraq millət vəkilinin buna mane olduğunu bildirib.

Sözügedən qalmaqalla bağlı deputat Ramil Həsən "Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, barəsində dərc olunanlar cəfəngiyyatdır və elə buna görə də geniş açıqlama verməyi tələb edən bir məsələ yoxdur:

"Barəmdə yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məsələ hüquqi müstəvidə araşdırılacaq. Siz də nəticəsini görəcəksiniz.

Düşünürəm ki, bu qarayaxmanı edənlər layiqli cəzalarını alacaqlar. Dövlətin inkişafı üçün çalışan birini ləkələməyin hesabını verəcəklər”.

RƏYLƏR