Deputatdan komitə sədrinə: "Uşaqpulu məsələsini dövlət qarşısında qaldırmısınızmı?"

OXUNUB: 227 SOSİAL
"Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı deyib.
 

 Deputat Komitə sədri Bahar Muradovaya sual ünvanlayıb: 

"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub"

RƏYLƏR