Deputatı döyüb Bakıya qaçan şəxsin görüntüləri yayıldı – ŞOK VİDEO

OXUNUB: 633 DÜNYA

Ukrayna Ali Radasının deputatı Mustafa Nayemə hücumun görüntüləri yayılıb.

İcmal.Az xəbər evrir ki, videoçarx feysbuk istifadəçisi Aleksandr Kuzmenko tərəfindən dərc edilib.

Videoçarxda görünür ki, Nayemi beş nəfər mühasirəyə alır. Onlardan biri deputata zərbə endirir. Bundan sonra onu itələyirlər və zərbələr davam etdirilir.

Hadisə aprelin 30-da Kiyevin mərkəzində baş verib. Deputatın özünün sözlərinə görə, yolda xuliqanlıq edən şəxslərlə sözü düz gəlməyib. Hazırda deputat xəstəxanadadır. O bildirib ki, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.

Polis hücumda iştirak edən 4 şübhəlinin tutulduğunu açıqlayıb.

Mustafa Nayemə xəstəxanada çənə sınığı diaqnoz qoyublar.

Deputat hadisənin araşdırılması ilə bağlı təfərrüatları dərc edib və qeyd edib ki, yaxşı xəbərlər hələ azdır. Xüsusi halda, məlum olub ki, hücumda iştirak edən dördüncü şübhəli Borispoldan Bakıya uçmağa vaxt tapıb.

İcmal.Az

RƏYLƏR