Deputatın oğlu restoranların birində döyüldü - Ukraynada

OXUNUB: 624 DÜNYA

Ukrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.

Hadisə ötən gecə paytaxtda yerləşən restoranların birində baş verib.

Müxalifət fraksiyasından olan millət vəkilinin oğlu hazırda xəstəxanadadır. Aleksandr baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.

 

Deputat oğlu bildirib ki, onu döyənlər özlərini polis kimi təqdim ediblər.

Hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb./milli

İcmal.Az

RƏYLƏR