Deputatın Ucar rayonunun Şahlıq kəndi ilə bağlı qaldırdığı problem həllini tapdı: TEZLİKLƏ QAZ VERİLƏCƏK

OXUNUB: 328 GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu addımların və Azərbaycan Respublikası Milli Məclisinin Ucar rayonundan seçilmiş deputatı Ramil Həsənin Şahlıq kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı müvafiq qurumlar qarşısında dəfələrlə qaldırmış olduğu məsələlərin nəticəsi qaz çəkilişinin həllində müsbət istiqamətdə şərait yaratmışdır. Çox sevindirici haldır ki, 2022-ci ilin ilk günlərindən Şahlıq kəndinə qaz xəttinin çəkilişinə başlanılıb.  "Azəriqaz" ASC-dən saytımıza verilən məlumata görə qaz xətti kəndin bütün yaşayış evlərini əhatə edəcək, yaxın günlərdə kənd çamaatı mavi qazla təmin ediləcəkdir. 
Deputat Ramil Həsən və Ucar rayon vətəndaşları, xüsusilə, Şahlıq kənd sakinləri kəndin ən əsas narahatlıqlarından olan qaz probleminin aradan qaldırılmasına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirir və bundan sonra da həyata keçiriləcək iqtisadi-siyasi proseslərdə hər zaman ölkə rəhbərinin yanında olacaqlarını bir daha vurğulayıblar.
 
7News.Az
 
No description available.
 No description available.
 
No description available.

RƏYLƏR