“Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib

OXUNUB: 273 index-manşet SOSİAL

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.

İcmal.Az xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, "Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev, xarici və yerli media nümayəndələri iştirak edib.

Ə.İsmayılov bildirib ki, tədbirin məqsədi media sahəsində islahatlar barədə müzakirələr aparmaqdır: "Ekspertlərlə birgə bu cür tədbirlərin keçirilməsi media sahəsindəki islahatlara tövhə verəcək. Bu gün Azərbaycana gələn 20-dək xarici ölkə nümayəndələri ilə əlaqələr gələcəkdə ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan mediasının təcrübəsinin artırılması istiqamətində mühüm addımlar atılıb: "İslahatlar nəticəsində bu gün alnı açığıq. Bu islahatlar davamlı olacaq".

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sabah Şuşada keçiriləcək Beynəlxalq Media Forumunun əhəmiyyətindən danışıb: "Hazırkı qlobal təlatümlər, 44 günlük Vətən müharibəsinin yaratdığı vəziyyət mediamız sahəsində yeni çağırışlar yaradıb. Həyata keçirilən islahatlar ənənəvi mediadan rəqəmsal mediaya keçid, cəmiyyətin mediaya inamının artırılması istiqamətində olub".

O qeyd edib ki, Azərbaycan informasiya blokadasına alındığı Birinci Qarabağ müharibəsindən fərqli olaraq Vətən müharibəsi zamanı həqiqətləri beynəlxalq mediayaya daha dolğun və operativ çatdıra bilib: "Hazırda Qarabağda həyata keçirilən inkişafı beynəlxalq auditoriyaya çatdırmaq informasiya sahəsində ən həsas məsələdir".

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının yarandığı gündən bu günədək keçdiyi inkişaf yolundan danışıb: "Bu müddət qürür və fəxrli tarixdir. Ümid edirəm ki, mediamız gələcəkdə çox yaxşı hadisələrə şahidlik edəcək".

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, müxtəlif inkişaf və tənəzzül dövrü yaşayan Azərbaycan mətbuatı cəmiyyətin güzgüsü olub: "Media müharibə dövründə də öz vəzifəsinin öhdəsindən layiqincə gəldi və alnı açıq çıxdı. Hərbi jurnalistikamız da canlandı".



















İcmal.Az

RƏYLƏR