“Deutsche Bank” səhmlərinin qiyməti enməkdə davam edir

OXUNUB: 257 Özəl DÜNYA
Almaniyada ən böyük bazar payına sahib bank olan "Deutsche Bank”ın səhmləri, istiqrazlarının kredit riski mükafatının (CDS) kəskin artması səbəbindən üçüncü gündür ki, enişini davam etdirir. 

7NEWS.az xəbər verir ki, ABŞ mərkəzi bankı Fed-in son faiz artımından sonra bank sistemindəki stress artmağa davam edərkən, "Deutsche Bank”ın səhmləri bu gün CEST saat 12:45-ə kimi 9 faiz ucuzlaşaraq 8,5 avroya düşüb. Dünən səhmlər günü 3,2 faiz ucuzlaşıb. Belə ki, bankın səhmləri son üç gündə təxminən 13 faiz dəyər itirib. 

Bankın istiqrazlarının CDS dəyəri son üç gündə təxminən 35 faiz artaraq 190 bəndi, səhmin qiyməti isə son beş ayın ən aşağı səviyyəsinə yaxınlaşıb. 

Avropada Stoxx 600 Bankinq İndeksi martın 15-dən bəri təxminən 10 faiz azalıb. 

7NEWS.az

RƏYLƏR