DİN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

OXUNUB: 480 HADİSƏ

Gədəbəy rayonunun Gər-Gər kəndində yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən İcmal.Az-a verilən məlumata görə, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi "VAZ-2107" və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sürücülər orada ölüblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR