DİN: "Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılır"

OXUNUB: 373 HADİSƏ

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı təhqiqat araşdırmaları aparılır".

Bunu 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.


RƏYLƏR