DİN Tofiq Yaqublunun döyülməsi faktını araşdıracaq - FOTO

OXUNUB: 493 HADİSƏ

Bu gün şəhərin mərkəzində hazırda aclıq aksiyası keçirən siyasi məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirlən aksiyadan fotolar yayılıb.
Həmin fotolarda müxalifət lideri Tofiq Yaqublunun üz nahiyəsində ağır xəsarətlərin olduğu görünür.
İddialara görə, bu xəsarətlər müxalifətçi liderə polis tərəfindən yetirilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Gununsesi.info-ya bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Tofiq Yaqubluya isə polis tərəfindən  xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq./Gununsesi.info

RƏYLƏR