Diyarbəkirdə dağıdılan binalarla bağlı 15 nəfər həbs edilib

OXUNUB: 206 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fevralın 6-da baş verən zəlzələlərdə dağılan binalardakı qüsurların müəyyən edilməsi ilə bağlı Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir. Bu çərçivədə yıxılan binalarla bağlı "tikinti qüsurları və sütunların kəsilməsi" iddiaları ilə nəzarətə alınan 39 şübhəli polis bölməsindəki əməliyyatlarından sonra ədliyyəyə sövq edildi. Prokurorluqdakı ifadələrdən sonra aralarında podratçıların da olduğu 15 şübhəli "mümkün qəsdlə öldürmə” maddəsi ilə növbətçi sülh hakimi tərəfindən həbs edilib, 22-si məhkəmə nəzarəti tədbiri olmaqla 24 nəfər sərbəst buraxılıb. Qaçan 6 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

7NEWS.az

RƏYLƏR