Dominikan Respublikasında daşqın nəticəsində 21 nəfər ölüb

OXUNUB: 303 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Həftə sonu Dominikan Respublikasında təsirli olan fırtına güclü yağış və daşqınlara səbəb olub. Fövqəladə Hallar Mərkəzinin (FHM) məlumatına görə, ölkə daxilində leysan yağışlar səbəbindən 13 min insan təhlükəsiz bölgələrə təxliyə edilib. Bildirilib ki, ölkədə infrastruktura ziyan vuran və evləri uçuran sel fəlakəti nəticəsində azı 3-ü uşaq olmaqla 21 nəfər ölüb. Paytaxt Santo Dominqoda magistral tunelin girişindəki divarın avtomobillərin üzərinə çökməsi nəticəsində 9 nəfərin həyatını itirdiyi və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

7NEWS.az

RƏYLƏR