"Donna Beauty"də qadınları ələ aldı, "Modern" oteldə fahişəliyə cəlb etdi (TƏFƏRRÜAT)

OXUNUB: 441 HADİSƏ
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakıdakı "Modern” oteldə keçirilən əməliyyat zamanı saxlanılmış qadınları fahişəliyə cəlb edən şəxslə bağlı qərar verilib. 
İdarəyə 1994-cü il təvəllüdlü Aysu (şərti) adlı şəxsin qadınları zor tətbiq etməklə, hədələməklə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi, nəzarətdə saxladığı qadınları Bakı şəhərinin müxtəlif ünvanlarına fahişəliyə cəlb etməsi barədə məlumat daxil olub.

10 mart 2022-ci il tarixdə "Modern" otel hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu tərəfindən müşahidəyə götürülüb, Aynurə (şərti) və Lətifə (şərti) adlı qadınların bir kişi ilə qeyd olunan ünvana gəldiyi müşahidə edilib. Həmin şəxslər birlikdə qeyd olunun otelə daxil olduqdan sonra idarənin əməkdaşları xidməti vəsiqələrini və özlərini təqdim edərək, əməliyyat tədbiri keçirdiklərini bildiriblər.
 
Həmin şəxslərin kimliyini müəyyən etmək üçün sorğu-sual ediliblər. Özlərini Aynurə və Lətifə kimi təqdim edən qadınlar fahişəliklə məşğul olduqlarını, pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin ünvana gəldiklərini etiraf ediblər.
 
Hər iki qadın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisində yerləşən "Donna Beauty” adlı gözəllik salonunda çalışıblar. Onlar izahatlarında bildiriblər ki, Aysu ora dırnaqlarını düzəltmək üçün gələrkən onlara turizm şirkətində işlədiyini, ölkəyə gələn turistləri gəzdirən bələdçi olduğunu, turistləri müxtəlif otellərdə yerləşdirdiyini bildirib. 

Həmçinin məlum olub ki, Aysunun əsl adı Anaxanım imiş. Özünü Aysu kimi tanıdan qadın bir neçə dəfə onlara maddi yardım da edib. Daha sonra onlar üçün pul qarışılığında ölkəyə gələn turistlərlə birlikdə olmağa müştəri tapıb, müştərilərlə görüş yerini bildirib. Hər görüşdən sonra onun kartına 30-50 manat arası pul göndəriblər. Onlar Bakıda yerləşən "Pure” otelində də pul müqabilində kişilərlə görüşüb.

Aparılan araşdırma zamanı məlum olub ki, Aysunun fahişəliyə cəlb etdiyi qadınların əksəriyyəti gözəllik salonlarının işçiləri olub. O, salonlara gedərək, müxtəlif yollarla qadınları ələ alıb, asan yolla pul qazanmalarını təklif edib. 

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Aysu Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3.000 manat cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb./Qaynarinfo

RƏYLƏR