Dostunu bıçaqladı, 7 il həbs aldı

OXUNUB: 636 HADİSƏ

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Mirqələm Tağıyev barəsindəki hökmdən narazı qalıb. 

 2017-ci il iyun 23-də Cəlilabad rayon sakini, 24 yaşlı M.Tağıyev Binə qəsəbəsində tanışı Alik Əhmədovu bıçaqlayıb. 

O deyib ki, Alik içkili olduğu üçün səbəbsiz yerə söyüş söyüb, qarşılığında da belə cəzalanıb. 

A.Əhmədov isə artıq ondan şikayətçi olmadığını bildirib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatımda verilib. Proses yanvarın 9-da başlayacaq. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR