Doğuş zamanı ana ölümlərinin əsas səbəbləri açıqlandı

OXUNUB: 556 SOSİAL

2017-ci ildə ana ölümlərinin sayı azalıb. Əgər 2016-cı ildə statistika 21 faiz təşkil edirdisə, 2017-ci ildə 20 faiz təşkil edib.

İcmal.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova respublika ərazisində ana ölümlərinin statistikası haqqında danışarkən deyib. 

O bildirib ki, bu il ərzində doğuş zamanı yeddi ana ölümü baş verib:

"Bu ölüm halları ümumi respublika ərazisində qeydə alınıb. Onlardan 3-ü Bakıda, 4-ü isə regionlarda baş verib. Bununla bağlı olaraq da bəzi həkimlərə qarşı müəyyən inzibati tədbirlər görülərək bəzilərinə ya töhmət verilib, ya da işdən kənarlaşdırılıb”.

Mama-ginekoloq qeyd edib ki, ötən il 50-dən artıq tibb işçisinə qarşı inzibati tənbeh tədbirlər görülüb:

"Bura mama-ginekoloqlar, anestezioloqlar kimi tibb işçiləri aiddir. Buna da həm özəl, həm də dövlət müəssisələrinin işçiləri aiddir”.

Sevinc Məmmədova əlavə edib ki, doğuş zamanı ana ölümləri əsasən beyində anevrizmanın cırılması, böyrək, ürək çatışmazlıqları səbəbindən baş verir.

İcmal.Az

RƏYLƏR