Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2022-ci ildə qlobal ərzaq qiymətləri 9 aylıq azalmaya baxmayaraq, illik əsasda rekord həddə yüksəlib.
7NEWS.az xəbər verir ki, beynəlxalq bazarlarda geniş ticarət edilən ərzaq mallarının aylıq qiymət dəyişikliklərini izləyən indeks dekabrda 1,9 faiz azalaraq 132,4 bənd olub.
Bununla belə, indeks 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 14,3 artımla illik bazda 143,7 punkta yüksəldi.
FAO bəyan edib ki, bu, 1990-cı ildə qeydiyyatın başlanmasından bəri ən yüksək səviyyədir.
7NEWS.az