Dünya mediası bu FOTOLARDAN DANIŞIR

OXUNUB: 883 DÜNYA

Suriyada davam edən vətəndaş müharibəsi yüzlərlə azyaşlı uşaqların ölümünə, xəstəlik tapmasına səbəb olur.

Sosial şəbəkədə paylaşılan 2 yaşlı uşağın fotosu dünya mediasının diqqətini şəkib. "Daily Mail" nəşri yazır ki, fotodakı uşağın adı Hela al-Nurfidir. Düzgün qidalanmadığı üçün anoreksiyaya tutulub. 2 yaşlı uşağın çəkisi 1 kq 900 qr-dır.

Suriyalı həkim deyir ki, uşalar zibillikdə tullantılarla qidalanır. Hər gün 3 uşaq düzgün və sağlam qidalanmadığı üçün həyatını itirir:

"Uşaqlar sağlam deyil. Vaxtı-vaxtında qidalana bilmirlər. Vəziyyət çox acınacaqlıdır. Bu körpələrə ərzaq, normal qidalar, dərmanlar lazımdır"

Suriyada 2 yaşlı Hela al-Nurfi kimi yüzlərlə azyaşlı var./publika

İcmal.Az

RƏYLƏR