Dünyada avtoritar hökumətlərin sayı artıb

OXUNUB: 572 Özəl DÜNYA
Son 25 ildə dünyada 'liberal demokratiyalar' yüzdə 13 ilə ən aşağı nisbətə geriləyib. Dünya əhalisinin 26 faizi "qapalı avtoritarizm”lə idarə olunduğu halda, 44 faizi "seçmə avtoritarizm” sistemi altında yaşayır.

7NEWS.az xəbər verir ki, Demokratiya Növləri İnstitutunun 2022-ci il Demokratiya Hesabatı dünyadakı hökumət formalarını və görkəmli tendensiyaları araşdırır. Hesabata görə, 1990-cı illərin sonunda 72 ölkə demokratikləşməyə doğru irəliləyirdisə, yalnız 3 ölkə avtoritarlaşmaya meyilli olub. 2021-ci ildə cəmi 15 ölkə demokratiya yolunda irəliləyiş əldə edib, 33 ölkədə avtoritarizmə meyl artıb.

7NEWS.az

RƏYLƏR