Meksikanın Kolima şəhəri, 2022-ci ildə hər 100.000 nəfərə 181,94 qətl hadisəsi ilə dünyada ən yüksək cinayət nisbətinə malik şəhər olaraq qeydə alınıb.
7NEWS.az xəbər verir ki, İctimai Təhlükəsizlik və Cinayət Hüququ Xalq Şurasının (CCSPJP) dərc etdiyi hesabatda cinayət nisbətinin ən yüksək olduğu 50 şəhər sıralanıb. Meksikanın Kolima şəhəri, 2022-ci ildə hər 100.000 nəfərə 181,94 qətl hadisəsi ilə dünyada ən yüksək cinayət nisbətinə malik şəhər olaraq qeydə alınıb.
Meksika 6 ildir ki, dünyanın ən təhlükəli şəhərlərinə ev sahibliyi edir. Əhalisinin 300 mindən çox olduğu və cinayət nisbətinin yüksək olduğu 50 şəhərin yer aldığı hesabatda Meksikadan 17 şəhər yer aldığı halda, dünyada cinayət nisbəti ən yüksək olan 10 şəhərdən 9-u bu ölkədən gəlib.
7NEWS.az