Dünyada ilk dəfə: yaralı əsgərə ölünün cinsiyyət orqanı köçürüldü - FOTO

OXUNUB: 734 DÜNYA

Ötən gün Meriland ştatının Baltimore şəhərindəki Johns Hopkins Hospital-da dünyada ilk dəfə gerçəkləşdirilən əməliyyat keçirilib.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, Əfqanıstanda baş verən partlayışda ağır bədən xəsarəti alan əsgərə dünyada ilk dəfə olaraq cinsiyyət orqanı köçürülüb.

Əməliyyat 14 saat davam edib. Əsgərin milliyəti və adı açıqlanmır. Əsgərə ölmüş adamın cinsiyyət orqanı transplant edilib.

Əsgər bu həftənin sonuna qədər evə buraxılacaq.

 

"Biz ümid edirik ki, bu əməliyyatdan sonra bu gənc oğlan normal şəkildə təbii və intim ehtiyaclarını ödəyə biləcək", - hospitalın professoru Dr. W.P. Andrew Lee söyləyib.

İcmal.Az

RƏYLƏR