Dünyanın ən qiymətli brendi bu il təqribən 299,3 milyard dollar dəyərində "Amazon”, ikinci yerdə isə 297,5 milyard dollar dəyərində "Apple” qərarlaşıb.
7NEWS.az xəbər verir ki, beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance” tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 Brend-Qlobal 500-2023" araşdırması yekunlaşıb. 299,3 milyard dollarlıq brend dəyəri ilə "Amazon” dünyanın ən qiymətli brendi olaraq müəyyən edilib. "Amazon” 2021-ci ildə 254,2 milyard dollar və 2022-ci ildə 350 milyard dollarla ikinci yerdə qərarlaşıb. "Apple” təqribən 297,5 milyard dollarlıq marka dəyəri ilə "Amazon”u və 281,4 milyard dollar dəyərində "Google”u təqib edib.
Keçən il siyahının başında "Apple” idi.
7NEWS.az