Dünyanın ən qədim İncili hərraca çıxarılacaq

OXUNUB: 193 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Dünyanın ən qədim İbranicə İncil hesab edilən "Sassoon Codex”in hərracda 30-50 milyon dollara satılacağı gözlənilir. 

IX əsrin sonu və 10-cu əsrin əvvəllərinə aid olan İncilin cəmi 12 səhifəsi yoxdur. Ən qədim və tam İbranicə İncil kimi tanınan kitab 1942-ci ildə vəfat edən David Solomon Sassoon-un adını daşıyır. Sotheby's-ə görə, Sassoon 8 yaşında bütün İbrani İncilini əzbər bilirdi. 

Kitab Ölü Dəniz Tumarları, Hələb Kodeksi və Leninqrad Kodeksi kimi dini əlyazmalardan daha qədimdir. 

7NEWS.az

RƏYLƏR