Dünyanın ən yaşlı sakini vəfat edib

OXUNUB: 731 DÜNYA

Dünyanın ən yaşlı sakini Vayolet Mosse-Braun vəfat edib.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Yamayka baş naziri Endryu Holness özünün "Twitter" səhifəsində yazıb.

Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub.

Bu ilin aprelin 15-dən V. Mosse-Braun dünyanın ən yaşlı sakini sayılır. Qadın həmçinin Yamaykanın ilk uzun ömürlü sakini hesab olunur.

Onu da əlavə edək ki, V. Mosse-Braunun adı dünya tarixində ən yaşlı insanların ilk "beşliyi"ndə yer alıb. 

İcmal.Az

RƏYLƏR