Dünyanın ilk hidrogenlə işləyən sərnişin qatarları bu gün Almaniyada yola düşür

OXUNUB: 412 Özəl DÜNYA
Almaniya gələcəyin ətraf mühitə uyğun nəqliyyat variantları üçün layihələr hazırlayan ölkələrdən biridir. Hidrogenlə işləyən sərnişin qatarı, dünyada ilk dəfə olaraq Bremervördedən səfərə çıxacaq.

7NEWS.az xəbər verir ki, Hidrogen yanacaq elementləri ilə işləyən 14 qatar ölkənin Aşağı Saksoniya əyalətinin Bremervörde şəhərində sərnişin daşıyacaq. Qatarlardan beşi bu gün ilk səfərlərinə başlayır. Bu ilin sonuna kimi 14 qatarın hamısının istismara verilməsi gözlənilir. Belə ki, hidrogen qatarlarının regionda fəaliyyət göstərən 15 dizel mühərrikli qatarın tədricən əvəzlənməsi planlaşdırılır.

7NEWS.az

RƏYLƏR