Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyi – SİYAHI - YENİLƏNİR

OXUNUB: 451 GÜNDƏM İQTİSADİYYAT
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün qurumda çalışan rəhbər şəxslərin başqa işə keçirilməsi ilə bağlı əmr imzalayıb.

Aşağıdakı şəxslər başqa vəzifələrə təyinat alıblar:

1. Quliyev Bəhruz Faiq oğlu (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Baş Gömrük İdarəsinin rəisi) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi – Gömrük Sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin baş idarə rəisi vəzifəsinə keçirilsin.

2. Məmmədov Kənan Ələsgər oğlu (Bakı Baş Gömrük İdarəsi, Baş Gömrük İdarəsinin rəisi) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin baş idarə rəisi vəzifəsinə keçirilsin.

3. Qaralov Səməd Əsəd oğlu (Gömrük Komitəsi – Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsi, baş idarənin rəisi) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi – Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin baş idarə rəisinin 1-ci müavini vəzifəsinə keçirilsin.

4. Şükürov Muxtar Fazil oğlu (Bakı Baş Gömrük İdarəsi – "Abşeron” Gömrük Postu, gömrük postunun rəisi) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi – Katibliyinin rəisi vəzifəsinə keçirilsin.

5. Miratayev Mirmahmud Miryusif oğlu (Cənub Ərazi Baş Gömrük İdarəsi, baş gömrük idarəsinin rəisi) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi – Gömrük Tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsi – imtiyazların tənzimlənməsi idarəsinin idarə rəisi vəzifəsinə keçirilsin.

6. Əsədov Kənan Elmar oğlu (Gömrük Komitəsi – Gömrük Risklərinin idarə olunması və audit baş idarəsi – gömrük risklərinin idarə olunması və təhlili idarəsi – gömrük risklərinin strateji araşdırılması şöbəsi, inspektor) tutduğu vəzifədən azad edilərək Gömrük Komitəsi – Gömrük Risklərinin idarə olunması və audit baş idarəsi – Gömrük risklərinin idarə olunması və təhlili idarəsinin idarə rəisinin müavini vəzifəsinə keçirilsin.

7. Kəngərli Pərviz Muxtar oğlu (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi – Gömrük Əməliyyatları İdarəsi, idarə rəisi) tutduğu vəzifədən azad edilərək Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə keçirilsin.

8. Əliyev Kamran Hafiz oğlu (Bakı Baş Gömrük İdarəsi – Gömrük əməliyyatları idarəsi – qida məhsullarının rəsmiləşdirilməsi şöbəsi, şöbə rəisi) tutduğu vəzifədən azad edilərək Bakı Baş Gömrük İdarəsi – Gömrük əməliyyatları idarəsinin idarə rəisi vəzifəsinə keçirilsin.

9. Əsgərli Bəhruz Hüseyn oğlu (Bakı Baş Gömrük İdarəsi – "Abşeron” Gömrük Postu Gömrük postunun rəis müavini) tutduğu vəzifədən azad edilərək Bakı Baş Gömrük İdarəsi – "Abşeron” Gömrük Postunun gömrük postunun rəisi vəzifəsinə keçirilsin.

10. Əhmədzadə Coşqun Mübariz oğlu (Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, baş gömrük idarəsinin rəisinin 1-ci müavini) tutduğu vəzifədən azad edilərək Sumqayıt Baş Gömrük İdarəsinin Baş idarəsinin rəisi vəzifəsinə keçirilsin.

11. Mehdiyev Telman Hüseynqulu oğlu (Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, , baş gömrük idarəsinin rəisi) tutduğu vəzifədən azad edilərək Qərb Ərazi Baş Gömrük idarəsinin Baş gömrük idarəsinin rəisi vəzifəsinə keçirilsin. /Bizim.Media

RƏYLƏR