"Dövlət İmtahan Mərkəzi sualları çətinləşdirməkdə haqsılığa yol verdi" - İTTİHAM

OXUNUB: 755 SOSİAL
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi 30 iyul 2020-ci il tarixli buraxılış imtahanları çox çətinləşdirilib”.

Bu fikirləri imtahanda iştirak edən Samir Mehdiyev adlı məzun bildirib. KONKRET.az saytına ünvanladığı qısa məktubda Samir Mehdiyev bunları deyib:

"Azərbaycan və ingilis dili fənnlərindən yaxşı yazmağıma baxmayaraq, riyaziyyat fənnindən olan suallardakı çətinlik nəinki məni, o tarixdə imtahan verən əksər məzunları narahat edr.

Bu imtahanın digər tarixlərdə keçirilmiş imtahanlara nəzərən çətin olması, dinləmə qurğularından səsin aydın eşidilməməsi kimi problemlərlə qarşılaşmışam.

Qeyd edirəm ki, pandemiya ilə əlaqədar olaraq dərslər onlayn şəkildə kecrilirdi. Unutmayaq ki, nə biz, nə də ki, təhsilimiz onlayn dərs prosesinə tam hazır deyildi.

Bu səbəbdən güzəşt etmək əvəzinə sualların çətinləşdirilməsi bizə qarşı haqsızlıqdır. Bununla bağlı kifayət qədər düzgün araşdırma aparılmalı, məzunların hüquqları bərpa edilməlidir”.
 
 7News.Az

RƏYLƏR