Dövlət Toxum Fondu tərəfindən toxumluq sahələrin monitorinqi aparılır

OXUNUB: 294 GÜNDƏM İQTİSADİYYAT
Dövlət Toxum Fondu tərəfindən 2021-ci ildə ölkəyə Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı  80 ton "Qrom”, 100 ton"Tanya" və 160 ton"Alekseiç" sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal olunub.
Fermer və təssərüfat sahibləri tərəfindən alınan "Qrom”, "Tanya" və "Alekseiç" buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.
Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir. Belə ki, toxum əkilmiş sahələrə baxış keçirilir, fermer və təssərüfat sahibləri ilə söhbətlər aparılır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyyələr verilir. Hazırda bölgələrdə monitorinq işləri davam etdirilir.
Qeyd edək ki, P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir və sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.
 
No description available.

RƏYLƏR