Dövlət Xidmətinin rəisi tanınmış şirkətin əməkdaşlarının maaşının verilməməsinə münasibət bildirib

OXUNUB: 485 GÜNDƏM İQTİSADİYYAT
"Ştutqart” mağazalar şəbəkəsindən işdən çıxan 64 nəfərin ümumilikdə 76 min manatlıq əməkhaqqı qalığının verilməməsi ilə bağlı şikayətlərə aydınlıq gətirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib ki, hazırda həmin müraciətlə bağlı araşdırma davam edir.

Onun sözlərinə görə, sənədlərin Dövlət Xidmətinə təqdim olunması üçün işəgötürənə müraciət edilib: "Nəticələr barədə məlumat veriləcək”.

RƏYLƏR