DYP əməkdaşı avtomobili təqib edərkən qəza törədib?

OXUNUB: 296 HADİSƏ

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis Xidməti (DYP) bölməsinin əməkdaşı, polis kapitanı İlkin Əhmədov xidməti avtomobillə qəza törədib. 

Yüksək sürətlə hərəkətdə olarkən, VAZ-2106 markalı avtomobillə toqquşub. 

İddia edilib ki, İ.Əhmədov hadisəni digər bir avtomobili təqib edərkən törədib.

 

Daxili İşlər Nazirliyindən 7News.Az-a bildirilib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib:

"Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan RPŞ-in DYP-nin Yol Patrul Xidmətinin əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib”.

Qeyd edilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

7News.Az

RƏYLƏR