DYP istirahətə gedən sürücüləri cərimələdi – VİDEO

OXUNUB: 819 SOSİAL

Qax rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçiriblər.

Rayonun turizm bölgəsində təşkil olunan reyd Baş Dövlət Yol Polisi alayının 5-ci tağımı və Qax rayon Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfində keçirilib.

Rayonun turizm bölgəsi olan İlisu kəndi ərazisində keçirilən reyd zamanı 100-dən çox avtomobil saxlanılıb. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı protokollar tərtib edilib və onlar cərimələniblər. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub.

Reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər./report

İcmal.Az

RƏYLƏR