DYP reyd keçirir: Sürücülər cərimələnir – FOTO

OXUNUB: 638 SOSİAL

Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları şəhər ərazisində və Artopa kəndində sərxoş sürücülərə qarşı reyd keçirib.

Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb.

Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Bəziləri içkili olduğu halda bunu danmağa çalışıb, müxtəlif bəhanələr gətirib.

Reyd zamanı polisin "Saxla" əmrinə tabesizlik göstərən, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb.

Qeyd edək ki, rayonda müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində belə reydlər davam etdiriləcək.

 

RƏYLƏR