7NEWS.az xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə ikinci dəfə bir araya gələn və 7 günlük atəşkəsə razılaşan tərəflər, silahların susduğu son ana qədər rəqabətə davam etdilər. Bu gün axşam saatlarında başlayacaq atəşkəsdən əvvəl Sudan ordusunun döyüş təyyarələri HDK-nın paytaxt Xartumdakı mövqelərini hədəfə alıb. Paytaxtda da artilleriya səsləri eşidilib. Bir qrup HDK üzvü Qətər səfirliyinə girərək qarət ediblər. Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı birgə bəyanatda tərəflərin atəşkəs qüvvəyə minməmişdən əvvəl "yerdə hərbi üstünlük əldə etməməyi öhdəsinə götürdüklərini" xatırladıblar.
7NEWS.az