Əfqan Muxtarlıya hökm oxundu

OXUNUB: 498 HADİSƏ

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

İcmal.Az

RƏYLƏR