"Əfqan şərəfsizlik, binamusluq missiyasını öz üzərinə götürüb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

OXUNUB: 594 GÜNDƏM SİYASƏT
"Əfqan Muxtarlı o insandır ki, həbsdə olanda quzu balasına dönmüşdü, indi isə dil-dil ötür. Çünki bəlli qüvvələrin himayəsindədir. Çünki pulu-parası anti-Azərbaycan koalisiyasından, qruplaşmalarından gəlir. Çünki erməni day-daylarının verdiyi tapşırıqları icra edir. Çünki şərəfsizlik, binamusluq missiyasını şüurlu şəkildə öz üzərinə götürüb". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
 
Deputat sözlərinə belə davam edib: "Belə yaramazların son vaxtlar qəfil aktivləşməsi və ölkənin dəyərli insanlarını hədəfə alması isə elə-belə məsələ, mövzu deyil. Dediyim kimi: Bunlar konkret mərkəzlərdən idarə olunurlar.

Əfqan həqiqətən üzqarasıdır, rəzilliyin simvollarından biridir və sadəcə cinayətkar deyil, həm də tərbiyəsizdir, gədədir, başını tamamən itirmiş psixozdur.

Əfqan kimi şərəfsizin bu gün heç bir haqqı yoxdur ki, kimisə müzakirə etsin və kiminsə barəsində söz desin. Ona görə yoxdur ki, başqası haqda danışarkən birinci özünə, öz həyat tərzinə, öz kimliyinə baxmalısan. Kimdir Əfqan? Aqressiv vətən xaini! Xüsusi xidmət orqanlarının ştatlı işçisi! Milli maraqları 5 qəpiyə satmağa hazır olan namərd! Dələduz xarakteri, alçaq xisləti simasına çökən beyinsiz məxluq!

Əlbət ki, Əfqan Muxtarlı bir gün Azərbaycan məhkəmələri qarşısında törətdiyi bütün cinayətlərə görə cavab verməli olacaq. Üstəlik, bir tək Əfqan yox, antimilli ünsürlərin hamısı! Tural Sadıqlı da, Qabil də, Məhəmməd Mirzəli də. Hamısı və hamısı! Və əmin olun ki, həmin gün çox uzaqda deyil".

RƏYLƏR