Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu sağ tapılıb

OXUNUB: 1309 DÜNYA

Əfqanıstanda təyyarəsi vurulan və bu günə qədər itkin düşmüş sayılan sovet hərbi pilotunun sağ olduğu məlum olub.

İcmal.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya Desant İttifaqının rəhbəri, Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Valeri Vostrotin deyib. 

O qeyd edib ki, pilot hazırda Əfqanıstandadır.

"Bu çox qəribədir. Hazırda maddi köməklə yanaşı, həm də inzibati, o cümlədən ictimai təşkilatların və diplomatik nümayəndələrin köməkləri lazımdır”, - agentliyin sözçüsü deyib.

V.Vostrotin pilotun kimliyini açıqlamayıb.

İcmal.Az

RƏYLƏR