Əfqanıstanda 6,3 və 5 bal gücündə ard-arda yeni zəlzələlər baş verdi

OXUNUB: 228 Özəl DÜNYA
Əfqanıstanın Herat əyalətində ötən şənbə günü baş verən şiddətli zəlzələlərdən sonra yenidən 6,3 və 5 bal gücündə zəlzələlər baş verib. Həftə sonu baş verən zəlzələlər nəticəsində 2500 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 05.11-də 6,3 bal gücündə zəlzələ baş verib, episentri Heratdan 28 kilometr şimal və şimal-qərbdə olub. Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5 bal gücündə ikinci zəlzələ baş verdi. Hər iki zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR