Əfqanıstanda dəhşətli terror aktı — Yüzlərlə yaralı var

OXUNUB: 678 DÜNYA
Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib.

Almaniyanın Əfqanıstandakı səfirlik binası yanında törədilən terror aktı nəticəsində 10 nəfərdən çox insan həlak olub. Bu barədə Kabul polisi məlumat yayıb. Məlumata əsasən minalanmış avtomobil partladılıb. İnsident nətticəsində 100-dən çox insan yaralanıb.

Bundan başqa partlayış nəticəsində Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Bildirilir ki, yapon diplomatların aldığı xəsarət o qədər də ciddi deyil. Partlayış dalğası Yaponiya səfirliyi binasının şüşələrini çilik-çilik edib.

Partlayış nəticəsində "Sinxua" agentliyinin yerləşdiyi bina da ziyan çəkib. Partlayış dalğası birinci mərtəbədəki bütün şüşələri sındırıb./olke.az
 

İcmal.Az

RƏYLƏR