Əfqanıstanda deputatın evi yaxınlığında partlayış: yaralananlar var

OXUNUB: 879 DÜNYA

Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətindəki Cəlalabad şəhərində parlament üzvünün evi yaxınlığında partlayış baş verib.

İcmal.Az report-a istinadən xəbər verir ki, şəhər valisinin nümayəndəsi partlayış nəticəsində xəsarət alanların olduğunu bildirib, ancaq ölən və yaralananların dəqiq sayı hələlik müəyyən edilməyib.

Öz növbəsində, vali parlament üzvünün iki mühafizəçisinə atəş açıldığını vurğulayıb.

 

Məlumata görə, partlayışdan sonra atışma səsləri eşidilib.

İcmal.Az

RƏYLƏR