7NEWS.az xəbər verir ki, Əfqanıstanda təsirini davam etdirən soyuq hava dalğasında can itkisi artır. Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi son 15 ilin ən soyuq qış fəslinin yaşandığı ölkədə havaların şaxtalı olması səbəbindən həyatını itirənlərin sayının 157-yə yüksəldiyini açıqlayıb. Rəhimi həmçinin bildirib ki, ölkə üzrə təxminən 70.000 kənd təsərrüfatı heyvanı donaraq ölüb.
7NEWS.az