7NEWS.az xəbər verir ki, Əfqanıstanda təsirli olan soyuq havada ölənlərin sayı artır. Son 15 ilin ən soyuq qışını yaşayan Əfqanıstanda həyatını itirənlərin sayı 78-ə yüksəlib. Səlahiyyətlilər, itkilərin 34 əyalətdən 8-də qeydə alındığını bildirib. Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi soyuqların təsirini artıracağını bildirərək, bu prosesdə 7 min iribuynuzlu heyvanın tələf olduğunu bildirib. Rəhimi həmçinin əlavə edib ki, 1 milyondan çox insana kənd təsərrüfatı, ərzaq və maliyyə yardımı paylanıb.
7NEWS.az