Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb

OXUNUB: 524 DÜNYA

Əfqanıstanda yol-tikinti işləri zaman "Taliban"la təhlükəsizlik əməkdaşları arasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.

İcmal.Az report-a istinadən xəbər verir ki, bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, əyalətdə yol-tikinti şirkətinin 33 əməkdaşı terrorçu qruplaşmanın üzvləri tərəfindən qaçırılıb. Oğurlananlardan 20-si şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndis-texniki heyətin işçilərdir.

 

D.Əhmədi bildirib ki, atışma zamanı təhlükəsizlik xidmətinin 4 əməkdaşı ölüb, biri yaralanıb. "Taliban"ın hücumu nəticəsində şirkətin 125-ə yaxın nəqliyyat vasitəsi yarasız hala düşüb.

İcmal.Az

RƏYLƏR