Əfqanıstanda universitetlər qız tələbələri olmadan təhsilə başlayıb

OXUNUB: 175 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, dekabr ayında Əfqanıstanda Taliban Ali Təhsil Naziri yazılı açıqlama ilə qadınların universitetə getməsini qadağan etmişdi. Beləliklə, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirən 2021-ci ildə qadınların təhsil almasına icazə verən siyasətlərini ləğv edildi. Bu müddət ərzində qadınlar müxtəlif məhdudiyyətlərlə də üzləşdilər. Bir çox orta məktəblər qapılarını qız tələbələrin üzünə bağladı. Taliban rəsmiləri bu müdaxilələrin müvəqqəti olduğunu bildirib. Səlahiyyətlilər geyim qaydalarının pozulması, büdcə çatışmazlığı və kurrikulumun yenidən formalaşdırılması zərurəti də daxil olmaqla müxtəlif səbəblər göstərir. Bildirilir ki, universitetlərin əksəriyyəti artıq qadın və kişilərin ayrılması kimi tədbirlər görüb.

7NEWS.az

RƏYLƏR