Əfqanıstanda universitetlərdə qadınların təhsili dayandırıldı

OXUNUB: 213 Özəl DÜNYA
Taliban administrasiyası tələb edib ki, qız tələbələrin ali məktəblərdə təhsili növbəti xəbərdarlığa qədər dayandırılsın. 

7NEWS.az xəbər verir ki, Taliban Müvəqqəti Hökumətinin Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi ölkənin bütün dövlət və özəl universitetlərinə gənc qızların təhsili ilə bağlı göstərişlər göndərib. Təlimatda bildirilirdi ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə tələbə qızların təhsili ikinci elana qədər dayandırılıb. 

Ötən il avqustun 15-də Əfqanıstan administrasiyasına gələn Taliban hərəkatı qızların ibtidai məktəb və universitetlərdə təhsil almasına icazə verib. Taliban gənc qız və oğlanların universitetlərdə mühazirə günlərini ayırmışdı. Qızlar öz vaxtlarında təhsillərini davam etdirə bilirdilər. 

Qızların orta və ali məktəblərdə təhsillərini davam etdirməsinə icazə verilmirdi. Taliban rəsmiləri qız məktəblərinin "islami çərçivədə” yenidən təşkil ediləcəyini və açılacağını bildirsələr də, məktəblər açılmayıb. 

7NEWS.az

RƏYLƏR